08.02.2019

Mübariz İbrahimovun anım günü keçirilib

7 Fevral 2019-cu il tarixində Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü keçirilib.

Şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin  şagirdləri Mübariz İbrahimovun xatirəsinə çəkilmiş filmi izləyiblər. Məktəbin direktoru Ruhəngiz Nəcəfova Mübariz İbrahimovun vətənpərvərliyi, qəhrəmanlığı barədə  şagirdlərə məlumat verib. Filmin nümayişi ərzində şagirdlər M.İbrahimovun ailəsi, məktəb həyatı ilə tanış olublar.

Şagirdlər qəhrəmanlıq mövzusunda müxtəlif şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,