08.02.2019

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edir.

Təhsil naziri qəbuldan sonra Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olacaq və burada rayonun məktəb direktorları ilə görüşəcək.