20.02.2019

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

 

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.  

Neftçala rayonu üzrə olimpiadanın rayon mərhələsində iştirak edən 267 nəfər şagirddən 51 nəfəri Respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Rayon ümumtəhsil məktəblərindən bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında 13 nəfəri IX, 17 nəfəri X, 21 nəfəri isə XI sinif şagirdləri təşkil edəcəkdir.Yarımfinal turuna ən çox vəsiqə Azərbaycan dili və ədəbiyyat, biologiya, ən az vəsiqə isə kimya fənni üzrə qazanılıb.