22.02.2019

21 Fevral -Beynəlxalq Ana Dili Günü

    21 fevral 2019-cu il tarixdə "Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar rayonun şəhər 1,2,4 saylı, Xıllı qəsəbə 2 saylı tam orta məktəblərində tədbirlər  və açıq dərs keçirilib. Keçirilən tədbirlər bir qayda olaraq, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirlərdə "Beynəlxalq Ana Dili Günü" nün tarixi və əhəmiyyətindən danışılıb, Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib, milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulanıb. Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirlib.

    Xıllı qəsəbə 2 saylı tam orta məktəbdə "Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin Ana Dilimiz haqqında dəyərli nitqi videoçarx vasitəsilə tədbir iştirakçılarına təqdim olunub. Sonra şagirdlərin ifasında xalqımızın zəngin mədəni irsini əks etdirən musiqi, şeir, kompozisiya, milli rəqslər nümayiş etdirilib.

    Şəhər 4 saylı tam orta məktəbin pedaqoji kollektivi və III, IV sinif şagirdlərinin iştirakı ilə  "Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində açıq dərs keçirilib. Açıq  dərs tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.