25.02.2019

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi.

    Neftçala rayon ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. Bu müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.

    Qeyd etmək lazımdır ki, müsabiqə 3 mərhələdə keçirilir.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən hansı səviyyədə mütaliəsi, onların bu sahədə məlumat bazası və bu istiqamətdə xüsusi fəallığı ilə seçilən şagirdləri aşkara çıxarıb dəyərləndirməkdir.

    Neftçala şəhər 1 saylı tam orta məktəbdə təşkil edilən müsabiqədə rayon üzrə 12 ümumtəhsil məktəbindən 22 nəfər şagird iştirak edib. Müsabiqədə iştirak edən şagirdlərin başqa müsabiqələrə nisbətən azlıq təşkil etməsi bu müsabiqənin təşkilinin nə qədər zəruri olduğunu bir daha təsdiqləyir.Bu kimi müsabiqələrin təşkili şagirdlərin gələcəkdə də mütaliəyə marağının artmasına köməklik göstərəcəkdir. Müsabiqənin rayon mərhələsində iştirakçılar Rayon Təşkilat Komitəsi tərəfindən hər bir iştirakçı üçün oxuduqları əsərlər və sinif fərqi nəzərə alınmaqla hazırlanıb 2 variantda təklif olunmuş mövzulardan birini seçərək, 1 esse yazıb və 10 sualı yazılı cavablandırdılar.