27.02.2019

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü

Neftçala Rayon Təhsil Şöbəsinin Tədbirlər Planına uyğun olaraq Xocalı faciəsinin 27-cı ildönümü ilə əlaqədar rayon ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunub və silsilə tədbirlər keçirilib. Rayonun məktəblərində faciə ilə əlaqədar tədbirlər keçirilməklə yanaşı, şagirdlərin əl işləri, rəsmlərindən ibarət sərgilər, idman yarışları  təşkil olunub. 

Belə ki, 26 fevral Xocalı soyqırımı ilə əlaqədar Neftçala şəhər 1,4 saylı tam orta, Muğan liseyi, Həsənabad qəsəbə, Astanlı kənd tam orta məktəbin bir qrup müəllim və şagird heyətinin iştirakı ilə tədbirlər daha yüksək səviyyədə keçirilib. Tədbirlərdə şagirdlərin ifasında dəhşətli faciənin ağrı-acıları kompozisiya şəklində nümayiş etdirilib. Xocalı faciəsinə aid məlumatlar müxtəlif dillərdə səhnəciklər şəklində nümayiş etdirilib.