04.03.2019

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

 

Neftçala rayon ümumtəhsil müəssisələrində 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.

2019-cu il tədris ili üçün Neftçala Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar Neftçala şəhər 1 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə keçirilən tədbir fərqlənib.

Ümumtəhsil müəssisəsində keçirilən "1 Mart Mülki Müdafiə Günü"nə həsr olumuş maarifləndirmə xarakterli tədbirdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, həmçinin Muğan Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Rafiq Zeynalov, şöbənin işçiləri baş-leytenant Anar Sadıqov və baş-leytenant Nüsrət Mənsimov iştirak ediblər. Onlar müəllim və şagirdlərə məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının necə alınması ilə bağlı davranış qaydaları barədə məlumat veriblər.

Tədbirlərdə şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsi nümayiş olunub.

Təlimlər çərçivəsində, həmçinin xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,  ,