11.03.2019

"Hökmdar qardaşlar" mövzusunda açıq dərs keçirilib

        Neftçala rayonu Xolqaraqaşlı kənd tam orta məktəbin IV sinfində Azərbaycan dili fənnindən "Hökmdar qardaşlar" mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə məktəb rəhbərliyi, metodbirləşmə rəhbəri, fənn müəllimi və sinif şagirdləri iştirak ediblər.

           Dərsin bütün mərhələləri düzgün formada yerinə yetirilib. Qruplarla işin düzgün təşkili, rollu oyun və s. şagirdlərin potensial imkanlarından hərtərəfli istifadəyə imkan yaradıb. 


Açar sözlər: ,  ,  ,  ,