19.03.2019

"Ölkəmizi tanıyaq" layihəsinin növbəti səfəri

Mart ayının 15-də rayonun ümumtəhsil müəssisələrinin şagirdləri respublikamızın ayrı-ayrı bölgələrinin tarixinin və coğrafiyasının daha yaxından öyrənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun 25 məktəbindən 40 nəfər X-XI sinif şagirdi Quba-Qusar-Xaçmaz istiqamətində səfərə çıxıblar. Səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında baş verən yolasalma mərasimində rayon rəhbərləri, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Qeyd edək ki, tur-aksiya iştirakçıları yola düşməzdən bir gün əvvəl ağacəkmə kampaniyasında iştirak ediblər.Ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə gülqoyma mərasimindən sonra layihə iştirakçıları ilə Heydər Əliyev Mərkəzində Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, başçının müavini Gültəkin Sadıqovanın iştirakı ilə görüş tədbiri keçirilib.

              Məktəblilər, 4 müəllim və 1 həkimin müşayiəti ilə ətraf rayonlardan olan və eyni marşrut üzrə hərəkət edəcək tur-aksiya iştirakçıları ilə ölkəmizin füsunkar təbiətli rayonlarından olan Quba-Qusar-Xaçmaz rayonlarına yollanıblar. 3 gün davam edən tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.