01.04.2019

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçirilib

Rayonun ümumtəhsil məktəblərində  31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçirilib.

Əvvəlcə  tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirlərdə çıxış edənlər 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildiriblər.Həmçinin qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə bu hadisələrə siyasi-hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Şagirdlər 31 mart soyqırımına həsr edilmiş səhnəciklər nümayiş etdirib, soyqırım hadisələrini  özündə əks etdirən qısa metrajlı film izləyiblər. Bununla yanaşı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.


Açar sözlər: ,  ,  ,