08.04.2019

“Yaşıl məktəb” aksiyasına start verilib

Bu gün rayonun Astanlı kənd tam orta, Yeniqışlaq və Mirzəqurbanlı kənd ümumi orta məktəblərində “Yaşıl məktəb” aksiyası çərçivəsində məktəblərin həyətyanı sahələrində ağac tingləri əkilib, yaşıllaşdırma işləri aparılıb.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Xatırladaq ki, Təhsil Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən start verdiyi “Yaşıl məktəb” aksiyası aprelinin sonunadək davam edəcək.


Açar sözlər: ,