08.04.2019

"Nəsimi-650" adlı ədəbi-bədii gecə təşkil edilib

6 Aprel 2019-cu il tarixində rayonun Aşağı Qaramanlı kənd ümumi orta məktəbində Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar "Nəsimi-650"adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ənvər Əliyev çıxış edərək Nəsimin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Çıxışında vurğulayıb ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Ardınca şagirdlər Nəsimin yaradıcılığında özünəməxsus yer tutan şeir və qəzəllərini səsləndiriblər.


Açar sözlər: ,  ,  ,