09.04.2019

Rus bölməsinin I sinfinə qəbul üçün müsahibələr davam edir

Neftçala şəhər 1 saylı tam orta məktəbində tədrisi rus dilində olan I siniflərə müsahibələrin keçirilməsi davam edir.

1 Aprel 2019-cu il tarixdən rus dilində təhsil almaq istəyən azyaşlıların müsahibəsinə başlanıb. Rus bölməsinə qəbul olunmaq istəyən uşaqlar şifahi nitq bacarıqlarının yoxlanması məqsədilə bu müsahibədə iştirak etməlidirlər.

Övladı müsahibədən məqbul alan valideynlər mayın 1-dən istədikləri məktəblərə elektron sistem vasitəsilə sorğu yerləşdirə biləcəklər. Müsahibədən məqbul ala bilməyənlər isə məktəblərin Azərbaycan bölməsinə sorğu yerləşdirməli olacaqlar.

Mərhələnin təşkili məqsədilə Neftçala şəhər 1 saylı tam orta məktəbdə müsahibə komissiyası yaradılıb.

Qeyd edək ki, müsahibə yalnız şagirdlərin şifahi nitq bacarıqlarını yoxlamaq məqsədi daşıyır.


Açar sözlər: ,