10.04.2019

“Təmiz sahil, təmiz həyat” adlı maarifləndirici tədbir keçirilib

 E.Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəbində Azərbaycan Gənclər Fondunun təşkilatçılığı və Nigar Əliyevanın rəhbərliyi ilə “Təmiz sahil, təmiz həyat” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə iştirak edən şagirdlərə ətraf mühitin qorunmasının vacibliyi mühazirə vasitəsilə çatdırılıb, bununla yanaşı maarifləndirici broşürlər paylanılıb.

“Təmiz sahil, təmiz həyat” adlı aksiya şagirdlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində ağacların əkilməsilə başa çatıb.


Açar sözlər: ,  ,