12.04.2019

"Dini fanatizmin zərərli nəticələri" mövzusunda mühazirə

Bu gün rayonun Yeniqışlaq kənd ümumi orta məktəbində "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi tədbiri haqqında" Fəaliyyət Planına əsasən "Dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri" mövzusunda məktəbin IX sinif şagirdlərinə mühazirə oxunub, mövzu ilə əlaqədar slaydlar nümayiş etdirilib.

Mühazirəni şagirdlərə çatdıran məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Fərzəliyeva hər bir vətəndaşın həyatında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mühüm rol oynadığını qeyd edib, cəmiyyətimizdə mənəvi dəyərlərin öyrənilməsinin və qorunub saxlanılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrindən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. 

Ardınca şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,