22.04.2019

Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin şagirdləri ekskursiyada

Rayonun Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin VII sinif şagirdləri Xıllı Nərə Balıqartırma Zavoduna ekskursiya ediblər.

Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin biologiya fənni üzrə biliklərini zənginləşdirmək və dünyagörüşünü artırmaqdır.

Ekskursiya zamanı şagirdlərə Xıllı Nərə Balıqartırma Zavodu və onun iş prinsipləri barədə  geniş məlumat verilib. Şagirdlərin nəzərinə çatdırılıb ki, zavod 2003-cü ildə tikilib istifadəyə verilib. Zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.

Xıllı Nərə Balıqartırma Zavodunda nərə cinsli balıqların dörd növünü - bölgə, nərə, kələmo və uzunburun balıqlarını süni yolla artırırlar.Hazırda zavod şəraitində süni yolla alınmış 4000 ədədə qədər müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır.