22.04.2019

"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar müzakirə keçirilib

Rayonun şəhər 4 saylı və Xolqaraqaşlı kənd tam orta məktəbində "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar müzakirə keçirilib.

Şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Əhədova və Xolqaraqaşlı kənd tam orta məktəbinin kitabxanaçısı Balaxanım Ağazadənin rəhbərliyi ilə keçirilən tədbirdə məktəblərinin ibtidai və V sinif şagirdləri iştirak ediblər.

Şəhər 4 saylı tam orta məktəbdə keçirilmiş tədbirdə şagirdlərin fərdi kitabxanası nümayiş etdirilib.

Müzakirədə şagirdlər mütaliə etdikləri kitablar barədə fikir mübadiləsi aparıblar. Müzakirənin sonunda videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,