23.04.2019

Heydər Əliyev Mərkəzində "Oxu Günü"nə həsr edilmiş tədbir keçirilib

Rayonun T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbinin V sinif şagirdlərinin təqdimatında “Oxu Günü”nə həsr edilmiş tədbir keçirilib.

“Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib. 

Neftçala rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin rəhbəri və əməkdaşları, rayon təhsil şöbəsinin nümayəndələri və məktəbin pedaqoji heyəti iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlər müxtəlif kompozisiyalarla çıxış ediblər. Onlar öz çıxışlarında mütaliənin insan həyatında və dünyagörüşünün zənginləşməsində böyük rolu olduğunu qeyd ediblər.

Tədbirin sonunda şagirdlərin  müxtəlif nağıllar əsasında çəkdikləri rəsm əsərləri nümayiş etdirilib.