24.04.2019

"Cəfər Cabbarlının 120 illik yubileyi" qeyd olunub

Bu gün rayonun humanitar təmayüllü “Muğan” liseyində "Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi” münasibətilə liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gövhər Mahmudzadənin təşkilatçılığı ilə ədəbi-bədii gecə keçirilib.

Ədəbi-bədii gecədə liseyin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

Çııxışlarda görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açılıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə  verdiyi töhfələrdən danışılıb.

Şagirdlər C.Cabbarlının yaradıcılığında özünəməxsus yer tutan əsərlərindən müxtəlif kompozisiyalar nümayiş etdirib, eləcə də şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,