25.04.2019

“Yaşıl məktəb” aksiyası davam edir

Rayonun ümumtəhsil məktəblərində “Yaşıl məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınır, ağaclar əkilir.

Layihə çərçivəsində keçirilən tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı, şagirdlər də iştirak edirlər. Ümumtəhsil məktəblərini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində ağac əkini ilə yanaşı, mövcud yaşıllıqlara aqrotexniki qulluq da göstərilir.

Qeyd edək ki, “Yaşıl məktəb” aksiyasına Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 8-dən start verib. Aksiya aprel ayının sonunadək davam edəcək.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.


Açar sözlər: ,  ,  ,