26.04.2019

Heydər Əliyev Mərkəzində “Nəsimi-650” adlı ədəbi-bədii gecə keçirilib

Bu gün Neftçala şəhər E.Həbibov adına 4 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında rayonda yerləşən Heydər Əliyev Mərkəzində “Nəsimi-650” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Neftçala rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi E.Bağırov, Neftçala rayonu Heydər Əliyev Mərkəzinin rəhbər və işçiləri, Neftçala Rayon Təhsil Şöbəsinin əməkdaşları, E.Həbibov adına şəhər 4 saylı tam orta məktəbin rəhbərliyi, pedaqoji kollektivin nümayəndələri, valideynlər və eləcə də  rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

Ədəbi-bədii gecə dövlət himninin səsləndirilməsi ilə başlanıb.

İmadəddin Nəsimin zəngin yaradıcılığı şagirdlərin səsləndirdiyi qəzəllər, həmçinin nümayiş etdirdikləri bədii kompozisiyalar vasitəsilə izləyicilərin diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Və bu məqsədlə belə tədbirlərin keçirilməsinin davamlı olacağı vurğulanıb.

Tədbirdə nümunəvi iştirak edən şagirdlər fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,  ,