30.04.2019

“Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib

Aprelin 25-də S.İmanov adına şəhər 1 saylı tam orta məktəbdə “Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib.

Rayon təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayonun ümumitəhsil məktəblərində biologiya fənnini tədris edən müəllimlər və şagirdlər iştirak ediblər.

S.İmanov adına şəhər 1 saylı tam orta məktəbin direktoru Ü.Abdullayeva çıxış edərək həyata keçirilən layihənin əsas fəaliyyət istiqamətlərindən və əhəmiyyətindən danışıb, gənc nəslin yetişməsində sağlamlığın mühüm və vacib faktor olduğunu qeyd edib. Müxtəlif mənşəli infeksion xəstəliklərdən söz açan Ü.Abdullayeva şagirdləri vaxtında tibbi müayinədən keçməyə çağırıb. O, xəstəliklərin əksəriyyətinin zərərli vərdişlərdən istifadə nəticəsində yarandığını bildirib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.