30.04.2019

Bu gün "Pedaqoji mühazirələr"in rayon mərhələsi keçirilib

Bu gün “Pedaqoji mühazirələr”in rayon mərhələsi keçirilib.

Azərbaycan Respublikası təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri" barədə 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin tələblərinə uyğun olaraq keçirilən pedaqoji mühazirələr  S.İmanov adına şəhər 1 saylı tam orta məktəbində təşkil edilib.

Pedaqoji mühazirələrin səmərəli təşkili məqsədilə rayon təhsil şöbəsində müvafiq işçi qrupu yaradılıb.

Rayon mərhələsində 31 müəllimin mühazirəsi dinlənilib.

Onlardan iki nəfərin - Xolqaraqaşlı kənd tam orta məktəbinin direktoru Ruhəngiz Nəcəfovanın “Məktəbin idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı rəy və mülahizələrim” və Mirqurbanlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəvahir Məmmədovanın ”Şagirdlərdə təhlil, müqayisə, müstəqil qərar qəbul etmək bacarıqlarının yaradılmasında ədəbiyyat fənninin imkanları” mövzusunda mühazirəsi seçilərək ölkə mərhələsində iştirak hüququ qazanıb.