01.05.2019

"Nəsimi ili" çərçivəsində silsilə tədbirlər davam edir

Rayonun ümumtəhsil məktəblərində dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

Rayonun N.Gəncəvi adına şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Axundzadənin təşkilatçılığı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzində Nəsimi yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Bədii gecədə Heydər Əliyev Mərkəzinin rəhbərliyi və işçiləri, rayonun ümumi təhsil məktəblərinin müəllimləri iştirak ediblər.

Tədbirdə məktəbin VI, VIII və IX sinif şagirdləri Nəsiminin yaradıcılığında özünəməxsus yer tutan qəzəllər söyləyib, bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,