01.05.2019

İngilis dili gecəsi keçirilib

Rayonun  Xolqaraqaşlı kənd tam orta məktəbində ingilis dili gecəsi keçirilib.

Məktəbin ingilis dili müəllimləri Sevinc Nağıyeva və Günel Məcidovanın təşkilatçılığı ilə keçirilmiş gecədə məktəb rəhbərliyi, pedaqoji kollektivin nümayəndələri, eləcə də I,II,IV,V,VIII sinif şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin ingilis dilinə olan marağının artırılması və dil biliyinin, dünyagörüşünün zənginləşdirilməsidir.

Şagirdlər ingilis dilində müxtəlif şeirlər söyləyib.

İngilis dili gecəsinin sonunda ingilis yazarı V.Şekspir haqqında videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,