02.05.2019

Şagirdlər ekskursiyada

Rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri rayonda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Şagirdlərin iştirak etdikləri ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.

Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat veriblər. Bildirilib ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar təqdim olunur.


Açar sözlər: ,