14.05.2019

"Yer kürəsi bizim ümumi evimizdir" adlı müzakirə keçirilib

Rayonun Xolqaraqaşlı kənd tam orta məktəbində "Yer kürəsi bizim ümumi evimizdir" adlı müzakirə keçirilib. Uşaq Birliyi Rəhbəri Ülkər İbrahimovanın təşkilatçılığı ilə keçirilmiş müzakirədə məktəbin IV sinif şagirdləri iştirak edib.

Müzakirənin keçirilməsində məqsəd şagirdlərdə ətraf mühitə qarşı qayğı hissinin formalaşdırılmasıdır.

Təşkil olunmuş müzakirədə şagirdlər Yer kürəsi haqqında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,