16.05.2019

"Nəsimi ili" çərçivəsində silsilə tədbirlər davam edir

Rayonun Mürsəqulu kənd tam və Qaraqaşlı kənd ümumi orta məktəblərində Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən bir şair olub. Nəsimi yaradıcılığı əsirlər keçsə də bu gün də öyrənilməkdədir.

Şagirdlər Nəsimi yaradıcılığından qəzəllər ifa edib, eləcə də Nəsiminin həyatına həsr edilmiş filmlərdən səhnəciklər nümayiş etdiriblər.


Açar sözlər: ,  ,