16.05.2019

İ.Şıxlı yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirilib

Aşağı Qaramanlı kənd ümumi orta məktəbində müasir Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünü ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.

Tədbirdə məktəb rəhbərliyi,məktəbin  müəllim və şagird kollektivləri iştirak ediblər."İsmayıl Şıxlı-100" adlı tədbirinin təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfa Əliyeva olub.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin İ.Şıxlı barədə məlumatlılıq səviyyəsini artırmaq, eləcə məlumat mübadiləsi vasitəsilə şagirdlərin fəallığını gücləndirməkdir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Şagirdlər İ.Şıxlı yaradıcılığından mütaliə etdikləri  əsərlər barədə fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,  ,  ,