20.05.2019

“Nəsimi ili”nə həsr olunan məktəb çempionatı keçirilib

Mayın 17-də rayonun Şahmat məktəbində “Nəsimi ili”nə həsr olunan intellektual oyun çempionatının rayon mərhələsi keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliyə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdır.

Çempionat ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunub. Məktəb çempionatının rayon mərhələsinin qalibi N.Gəncəvi adına şəhər 3 saylı məktəbin komandası olub və zona mərhələsində iştirak hüququ qazanıb.

Xatırladaq ki, məktəb çempionatı Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala və Göyçay şəhərlərində keçiriləcək.

Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: ,  ,  ,