21.05.2019

“Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib

Rayonun Mikayıllı kənd ümumi orta məktəbində Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşməsi ilə bağlı “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib.

Tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi qeyd edib ki, xalqımız öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlayıb və onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanıb.

O, çıxışında dilimizin saflığının qorunması istiqamətində Prezident İlham Əliyevin 2012-ci ilin mayında imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı xatırladıb.

Tədbirdə şagirdlərinin təqdimatında şeirlər oxunub.


Açar sözlər: ,  ,  ,