21.05.2019

Şagirdlərimiz ekskursiyada

Rayonun elektrik şəbəkəsi ibtidai məktəbinin şagirdləri mayın 18-də Bakı şəhərinin tarixi məkanlarına ekskuriya təşkil ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edən şagirdlər şəhidlərin məzarı önünə gül dəstələri düzüblər.

Məktəbin ibtidai sinif müəllimlərinin rəhbərliyi ilə təşkil edilmiş ekskursiyada şagirdlər Qobustan dövlət tarixi-bədii qoruğu, Şivanşahlar Sarayı Kompleksi, İçərişəhər və Qız qalasına səfər ediblər.

Ekskursiyada şagirdlərə tarixi keçmişimiz barədə ətraflı məlumat verilib.


Açar sözlər: ,