22.05.2019

Tarix gecəsi keçirilib

Rayonun N.Gəncəvi adına şəhər 3 saylı tam orta məktəbində tarix gecəsi keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivləri iştirak ediblər.

Tədbir Azərbaycan himninin ifası ilə açıq elan olunub.

Tarix gecəsində Azərbaycanın dövlətçilik tarixi, çoxəsrlik ənənələri şagirdlərin təqdimatında nümayiş etdirilib. Onlar vətənpərvərlik mövzularında şeirlər söyləyib, xalq musiqiləri ifa edib və müxtəlif səhnəciklər təqdim ediblər.


Açar sözlər: ,  ,  ,  ,