23.05.2019

"Sözün qüdrəti" adlı dəyirmi masa təşkil edilib

Rayonun Xıllı qəsəbəsi 2 saylı tam orta məktəbində "Sözün qüdrəti" adlı dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri, psixoloq və V, VI, VIII sinif şagirdləri iştirak ediblər.

Dəyirmi masanın keçirlməsində məqsəd şagirdlərdə nitq mədəniyyətinin və ünsiyyət bacarığının formalaşdırılmasıdır.

Dəyirmi masada çıxış edən müəllim və şagirdlər ana dilimizin milli varlığımızın bariz nümunəsi olduğunu qeyd ediblər. Tədbirdə şagirdlərin ifasında şeirlər ifa edilib, atalar sözü və məsəllər söylənib.


Açar sözlər: ,  ,  ,  ,