27.05.2019

“Tarixdən 101 sual” adlı bilik yarışı təşkil edilib

Rayonun Cəngən kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illik ildönümü münasibətilə "Tarixdən 101 sual" adlı bilik yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdləri Azərbaycanın dövlətçilik tarixi ilə daha yaxından tanış etməkdir.

Bilik yarışında Şorkənd  kənd ümumi və Cəngən kənd tam orta məktəblərinin V sinif şagirdləri iştirak ediblər. Şagirdlər ümumilikdə 3 komandada yarışıblar.

Məktəbin tarix müəllimi Şəhrəbanu Ağalarovanın təşkilatçılığı ilə keçirilən yarışda "Cəngən 1" komandası 125,5 balla birincilik əldə edib. Yarışın ən maraqlı hissəsi isə komanda liderlərinin təkbətək yarışı olub. Bu hissə son dərəcə gərgin mübarizə ilə yadda qalıb.

Bilik yarışında şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə yüksək səviyyədə bələd olduqlarını nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,