27.05.2019

Məktəbin futbol komandası Azərbaycan çempionatında II olub

2018/2019-cu il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Coca-Cola-nın sponsorluğu ilə 13 yaşadək (U-13) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının II-si rayonun Qədimkənd kənd tam orta məktəbinin şagirdlərdən ibarət futbol komandası olub.

Çempionatın keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi,uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi və uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunmasıdır.

 Yarışlar seçmə mərhələ və final mərhələsindən ibarət olub.


Açar sözlər: ,