27.05.2019

“Respublika Günü”nə həsr edilmiş tədbirlər keçirilib

Rayonun bütün ümumitəhsil məktəblərində “28 May - Respublika Günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulub. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunub.

Məktəblərin şagirdləri Azərbaycana həsr edilmiş şeirlər səsləndirib, mahnılar ifa ediblər.


Açar sözlər: ,  ,  ,