29.05.2019

“Kimya gecəsi” keçirilib

Rayonun Xolqaraqaşlı kənd tam orta məktəbində kimya gecəsi keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ruhəngiz Nəcəfova açıb.

VIII,IX və X sinif şagirdlərinin iştirakı ilə ərsəyə gələn tədbirdə maraqlı kimyəvi reaksiyalar aparılıb, kimya fənninə aid şeir, mahnı səsləndirilib.

Tədbirin sonunda məktəbin kimya müəllimi Süsən Həziyeva çıxış edərək şagirdlərə kimya fənninin sirlərinə yaxından bələd olmağı, onu dərindən öyrənməyi tövsiyə edib.


Açar sözlər: ,  ,  ,