30.05.2019

Şagirdlər Şirvan Milli Parkında

Mayın 26-da Şirvan Milli Parkının Neftçala Rayon Təhsil Şöbəsi ilə razılaşdırılmış "2019-cu il üçün əhalinin ekoloji maarifləndirilməsi, Milli Parkın sərhədləri yaxınlığında yerləşən yaşayış məntəqələrində, müxtəlif təhsil ocaqlarında eko-mədəniyyətin təbliği və ətraf əhalinin Milli Parkın ekoturizm proqramlarına cəlb edilməsi prespektivləri üzrə birgə fəaliyyətə dair" Tədbirlər Planına uyğun olaraq Neftçala şəhər N. Gəncəvi adına 3 saylı tam orta məktəbin müəllim və şagird heyəti vəhşi təbiət ilə tanış olmaq məqsədilə Milli Parkı ziyarət ediblər.

Milli Parkın əməkdaşları şagirdlərə parkın fəaliyyəti barədə ətraflı məlumat veriblər. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.