04.06.2019

Kimya fənnindən açıq dərs keçirilib

Rayonun N.Gəncəvi adına şəhər 3 saylı tam orta məktəbində kimya fənnindən açıq dərs keçirilib.

Məktəbin kimya müəllimi G.Bağırovanın təşkilatçılığı ilə keçirilmiş "Etanolun məhkəməsi" adlı praktiki dərs şagirdlərin yaradıcı təfəkkürlərini inkişaf etdirməyə yönəlib. Dərsin əsas tərbiyəedici məqsədi şagirdləri öz sağlamlıqlarına diqqət yetirməyə, sağlam həyat tərzi sürməyə inandırmaq və "İnsanın sağlamlığı öz əlindədir!" fikirlərini aşılamaqdır.

Açıq dərs şagirdlərə onların cəmiyyətdə hərtərəfli sağlam vətəndaş, yüksək nüfuzlu şəxsiyyət kimi formalaşmaları üçün kimya fənninin töhfəsidir.


Açar sözlər: ,  ,  ,