10.06.2019

Nəsimi yaradıcılığına həsr olunmuş tədbir

Rayonun S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbində dahi Azərbaycan şairi və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim kollektivləri iştirak ediblər.

Ədəbi-bədii gecə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması məqsədilə keçirilib.

Tədbirdə məktəbin şagirdləri Nəsimi yaradıcılığından şeirlər, qəzəllər ifa edib və səhnəciklər nümayiş etdiriblər.

Ədəbi-bədii gecənin sonunda “Nəsimi” filmindən kiçik fraqment tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

 


Açar sözlər: ,  ,  ,