12.06.2019

"Sağlamlığın qorunması və narkotiksiz gələcək naminə" adlı maarifləndirici tədbir

Rayonun Həsənabad qəsəbə tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Neftçala rayon Heydər ƏIiyev Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində "Sağlamlığın qorunması və narkotiksiz gələcək naminə" adlı maarifləndirici tədbir keçirilib.

Tədbir şagirdlərin maarifləndirilməsi, onların öz sağllamlıqlarına qarşı laqeyd olmamalarını aşılamaq məqsədilə həyata keçirilib.

Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Ardınca "Sağlamlığın qorunması və narkotiksiz gələcək naminə" adlı qısa metrajlı film nümayiş etdirilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,