13.06.2019

İsmayıl Şıxlının 100 illik yubileyi

Rayonun Mirzəqurbanlı kənd ümumi orta məktəbində XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Ədəbi-bədii gecənin keçirilməsində məqsəd İsmayıl Şıxlı yaradıcılığının şagirdlərə çatdırılmasıdır.

Tədbirdə çıxış edənlər bildiriblər ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Ədəbi-bədii gecədə iştirak edən şagirdlər İsmayıl Şıxlı yaradıcılığında mühüm yer tutan əsərlərini müzakirə etmiş və bir-biriləri ilə fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,  ,  ,