14.06.2019

“Son zəng” tədbirləri keçirilib

İyunun 14-də rayonun ümumi təhsil məktəblərində məzunlar üçün “Son zəng” çalınıb.Tədbirlərdə Neftçala Rayon Təhsil Şöbəsinin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.“Son zəng” tədbiri məktəblərin daixilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Xatırladaq ki, 2018-2019-cu tədris ilində Neftçala rayonundakı ümumi təhsil məktəblərinin IX siniflərini 818 nəfər,  XI siniflərini  isə 510 nəfər şagird bitirib.

Cari tədris ilində rayonunun 50 ümumi təhsil məktəbində 10249 nəfər şagird təhsil alıb.

Rayonun ümumi təhsil məktəblərində ümumilikdə, 1124 nəfər müəllim fəaliyyət göstərir.


Açar sözlər: ,  ,