18.06.2019

Şair Oqtay Rza ilə görüş

12 iyun 2019-cu ildə rayonun Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbində əməkdar müəllim, Beynəlxalq R.Rza, M.Müşfiq, C.Cabbarlı, “Araz” və “Qızıl qələm” mükafatı laureatı şair Oqtay Rza ilə görüş keçirilib.

Görüşdə məqsəd gənc nəslin təlim-tərbiyəsində mənəvi aləmin inkişafı, onların müstəqil düşüncəli, hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi istiqamətinə yönəlmiş cəhətləri inkişaf etdirməkdir. Bu görüş məktəblilərdə söz sənətinə, bədii yaradıcılığa olan sevginin, marağın artmasına yönəlib.

Tədbir Xolqaraqaşlı Folklor Evində keçirilib. Tədbirin təşkilatçısı və aparıcısı Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru, yazıçı-publisist Ruhəngiz Nəcəfova olub.

Görüşdə AYB “Aran” bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri “Aran” jurnalının baş redaktoru, şair, nasir, publisist Sərvaz Hüseynoğlu, şairə Gülayə Şınıxlı, şair, yazıçı, publisist, “Gündoğar” qəzetinin əməkdaşı Zabir Pərviz, AYB Muğan bölməsinin sədri Nəbi İbrahimli, Neftçala 20 Yanvar cəmiyyətinin sədri, müəllim, Ələkbər Zahidov, Neftçala Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Humay Əsgərzadə, S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva, Neftçala şəhər Folklor Evinin direktoru Nizami Həsənov iştirak edirdilər. Həmçinin Neftçala rayonu Xol zonasının bütün kəndlərinin müəllim, şagird, valideyn heyəti tamaşaçı qismində tədbirdə iştirak ediblər.

Tədbir maraqlı şeir, mahnı, çıxışlarla davam edərək tamaşaçıların yaddaşına, ruhuna, kitaba, şeir - sənət dünyasına sevgi, hörmət mesajını ötürüb. Təhsil və mədəniyyət sahəsinin birgə təşkilatçılığı nəticəsində ərsəyə gələn tədbirdə müğənni Elnur Nəhmədovun ifasında şair O.Rzanın sözlərinə bəstələnmiş “Muğan bayatıları” tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Çıxış edənlər şair haqqında ürək sözlərini söyləyərək ona yaşının ahıllıq çağında can sağlığı, yaradıcılıq uğurları arzulayıblar. Məktəblilərin ifasında şairin şeirləri səslənib.


Açar sözlər: ,