06.09.2019

Sentyabr konfransının plenar müşavirəsi keçirilib

Sentyabrın 5-də Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonların təhsil şöbələrinin müdirləri hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev “2019-2020-ci dərs ilində yerli təhsil idarəetmə orqanları və ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri qarşısında Təhsil Nazirliyinin müəyyən etdiyi vəzifələr haqqında” geniş məruzə ilə çıxış edib.

Təqdim edilən hesabatlar ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.


Açar sözlər: