09.09.2019

Sentyabr konfransının metodik bölmə iclasları keçirilib

Bu gün rayon müəllimlərinin metodik bölmə iclasları keçirilib. Bölmə iclaslarında məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric təşkilatçılar, fənlər üzrə metodbirləşmə sədrləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri iştirak ediblər.

Bölmə iclaslarında kurrikulumların və qiymətləndirmə növlərinin tətbiqi, fənlərin tədris metodikası, psixoloji xidmətin təşkili ilə bağlı yeniliklər və digər aktual məsələlər müzakirə edilib.


Açar sözlər: ,  ,