16.09.2019

"Bilik günü" qeyd olunub

Rayonun  ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə rayon təhsil şöbəsinin  rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər, şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə məktəb  direktorları çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən RTŞ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Bildirilib ki, ilk dərs məşğələsinin ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunması şagirdlərin tədris ilinə daha həvəslə başlamasına şərait yaradır.

Sonra məktəblilərin iştirakı ilə mahnılar, şeirlər və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,