26.09.2019

Polis əməkdaşlarının şagirdlərlə görüşü

Sentyabrın 25-də  rayonun E.Həbibov adına şəhər 4 saylı tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına doğurduğu fəsadlar”, “Erkən nigah və onun cəmiyyətdə yaratdığı problemlər” və “Dini ekstremizmin və qeyri ənənəvi dini cərəyanların yaratdığı problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı, cənab Vüqar Əliyev, Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili , polis baş leytenantı Valeh Hətəmov, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Şahmar Əhmədov, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər zərərli meyillərdən uzaqlaşdırılması barədə danışılıb. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi diqqətə çatdırılıb.


Açar sözlər: ,  ,