27.09.2019

Şagirdlər “Təmiz Xəzər” layihəsində

Rayonun Ə.Piriyev adına şəhər 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala rayon nümayəndələri ilə birlikdə “Təmiz Xəzər” layihəsində iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd şagirdlərin ətraf mühitə diqqət və qayğısının artırılmasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala rayon İdarəsinin əməkdaşları şagirdlərə ətraf mühitin təmizliyinin vacibliyi, çirkli ətraf mühitin insan sağlamlığına ziyanlı olduğu fikrini aşılayıblar.


Açar sözlər: ,